Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 23:02
"Qarabağ" heyətini növbəti transferlə gücləndirib. Ağdam təmsilçisi Kris Kuaku ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 6 nömrəli forma ilə çıxış edəcək.
Kuakunun son klubu Portuqaliya "Mafra"sı olub. O, karyerası ərzində 152 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib.
Qeyd edək ki, peşəkar karyerasına 2018-ci ildə Tunisin "Sfaksien" klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi "Midtyulland"a keçib. O, 2023-cü ildən "Mafra"nın formasını geyinib.
Xatırladaq ki, "Qarabağ" bunadək daha iki futbolçunu - braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.