Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 19:02
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu yoxlama oyunları çərçivəsində növbəti qələbəsini qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi Niderlandın "Tvente" klubunu 3:2 hesabı ilə məğlub edib.
Bu gün "Köhlən atlar" "Tvente" ilə daha bir yoxlama oyunu keçirəcək. Qarşılaşmanın start fiti saat 19:15-də səslənəcək.
Azərbaycan çempionu daha əvvəl Avstriyadakı ilk yoxlama matçında Ukraynanın "Metallist" (Xarkov) klubuna 4:5 hesabı ilə uduzmuşdu. Bakıdakı sınaq görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələdə ilk oyun iyulun 22-23-də, cavab görüşü isə 29-30-da keçiriləcək.