Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin Kim Çen In ilə əlaqəsindən danışdı

Putinin Kim Çen In ilə əlaqəsindən danışdı

Tarix: 12 Iyul 2025 15:46

"Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In daimi təmasdadırlar".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

"Ölkə rəhbərləri daim əlaqə saxlayırlar. Onlar mütəmadi olaraq məktub mübadiləsi aparırlar və heç kim bu praktikanı dayandırmaq fikrində deyil", - Lavrov bildirib.

Qeyd edək ki, S. Lavrov ötən gün Şimali Koreyaya səfər edib. Onun səfəri iyulun 13-ü başa çatacaq.

Xatırladaq ki, Rusiya XİN rəhbəri sonuncu dəfə Şimali Koreyaya 2023-cü ildə, iki ölkə liderinin Vostoçnı kosmodromunda görüşündən bir qədər əvvəl səfər etmişdi.


Etiketlər:  Putinin Çen ilə əlaqəsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ