Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”

“Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”

Tarix: 13 Iyul 2025 19:20

"Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan siyasi təşkilatın toplantısında deyib.

Prezident eyni zamanda vurğulayıb ki, tənqidlərə, iradlara açığıq:

"Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji savaşların və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin - istər müsbət, istər mənfi - fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq.

Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyə Əsri idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir".


Etiketlər:  Söhbət türk millətinin gələcəyindən gedirsə hər kəslə danışmağa hazırıq


RƏYLƏR