Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyərdi ki, ''Siz Xalq artisti olsanız da, ifanızda məktəb yoxdur''

''Deyərdi ki, ''Siz Xalq artisti olsanız da, ifanızda məktəb yoxdur''

Tarix: 15 Iyul 2025 12:15

Əməkdar artist Teymur Əmrah diqqətçəkən açıqlamalr verib.

Sonxeber.net xəbər verir ki, bunu "Qapqara" yutub layihəsiə danışan sənətçi musiqimizin bu yolla xilas olacağını bildirib:

"Düzdür, çox gecdir. İttifaqlar mənə tabe olsaydı, musiqimizi düzəldərdim. Tək mədəniyyət naziri vəzifəsinə işləməklə Azərbaycan mədəniyyətini xilas etmək mümkün deyil. Çünki reklam ən çox efirdən gedir. Televiziya Şurası mənim balansıma gəlməlidir. Bu gün 4 kanal var ki, mən onları bağlayardım. Ehtiyac yoxdur verlilişləri dəyişməyə. Balaca ölkəyə 4 kanal bəsdir. Bu 4 kanalda da intellektual verilişləri artırardım. Qoy, xalq instaqramda, tik-tokda hara istəyirlərsə baxsınlar. Vaxt gələcək və oyanacaqlar ki, kanallarda intellektual verilişlər gedir. Və Mədəniyyət Nazirliyinin balansında olan teatrlarda, filarmoniyalarda, mədəniyyət şöbələrində, muzeylərdə çox güclü attestasiya keçirərdim. Problem müstəqil kanallardadır. 3-4 il əvvəl cənab Prezident mədəniyyət xadimlərini qəbul etdi. Orada Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xahiş etdi ki, televiziyalarda Bədii Şura olsun. Onlar da dediki, olsun. Azərbaycan Dövlət Televiziyasına Bədii Şuraya lazımi adamlar seçildi. Deyək ki, orada Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov var. Müstəqi kanallara isə toyxanadan gəlib, hansısa yollarla Xalq artisti adına kimi qalxanı gətirib, Bədii Şuraya rəhbər qoydular. Xalq artisti Xuraman Qasımova Azərbaycan Dövlət Televiziyasının Bədii Şurasındadır. O, özü gəlib "Xəzər TV", ARB, ATV kanalında Bədii Şurada olsaydı, toyxanadan gəlib Xalq artisti olanları efirə buraxmayacaqdı. Deyərdi ki, "Siz Xalq artisti ola bilərsiz, amma ifanızda estetika, məktəb yoxdur. Siz keyfiyyətli özfəaliyyət ifaçısısınız. Siz Bədii Şurada otura bilməzsiniz". Yəqin kimsə lazım olan insanlara deyib ki, bizim arağı da, özfəaliyyət müğənnisini də reklam etməyə ixtiyarımız var. Çünki buraya pul ödənilir, özümüz-özümüzü maliyyələşdiririk".


Etiketlər:  Deyərdi Xalq artisti olsanız ifanızda məktəb yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ