Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2025 09:28
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilib.
Sonxeber.net xəbər verir ki, dəyişikliklər bunlardır:
""Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında" 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 1 oktyabr tarixli 114/11 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. həmin qərarla təsdiq edilmiş "Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında" 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının təqdimetmə qaydalarını əks etdirən hissəsində "öz yuxarı təşkilatına, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti" sözləri "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə, həmin publik hüquqi şəxs isə" sözləri ilə əvəz edilsin; 1.2. həmin qərarla təsdiq edilmiş "Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında" 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in preambulasının birinci cümləsində "öz yuxarı təşkilatına" sözləri "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə" sözləri ilə, ikinci cümləsində "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti" sözləri "Həmin publik hüquqi şəxs" sözləri ilə əvəz edilsin. 2. "Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair" 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 1 oktyabr tarixli 115/11 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. həmin qərarla təsdiq edilmiş "Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair" 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı formasının təqdimetmə qaydalarını əks etdirən hissəsində "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti" sözləri "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs" sözləri ilə əvəz edilsin; 2.2. həmin qərarla təsdiq edilmiş "Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair" 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in preambulasında "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti" sözləri "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs" sözləri ilə əvəz edilsin. 3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin. 4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün. 5. Aparatın Kənd təsərrüfatı statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin. 6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunub".