Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 22:48
"Barselona" baş məşqçisi Ernesto Valverdeni istefaya göndərə bilər.
Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, komandanın ÇL-də mübarizəni dayandırmasından narazı olan klub rəhbərliyi bu mövsümün sonu ispan mütəxəssisin mümkün istefasını müzakirə edəcək. Qeyd olunub ki, 55 yaşlı çalışdırıcının "Barsa" ilə 2020-ci ilin iyununa kimi müqaviləsi olmasına baxmayaraq, o, klubu vaxtından əvvəl tərk edə bilər.
Qeyd edək ki, Valverde 2017-ci ildən Kataloniya təmsilçisinin baş məşqçisidir.