Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2025 19:12
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb.
Sonxeber.net xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.
Reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
"Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Püşkatmada 3-cü dövrənin ilk turunda ev sahibi olacaq komandalar da müəyyənləşib. Püşkün nəticəsi:
"Zirə" - "Kəpəz"
"Qarabağ" - ""Araz-Naxçıvan"
"Karvan" - "Sumqayıt"
'Şamaxı" - "İmişli"
"Sabah" - "Qəbələ"
"Neftçi" - "Turan Tovuz"
Qeyd edək ki, yeni mövsümə avqustun 15-də start veriləcək.