Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın daha bir əfsanəsi İtaliya klubuna keçə bilər

''Real''ın daha bir əfsanəsi İtaliya klubuna keçə bilər

Tarix: 18 Iyul 2025 21:30

"Real Madrid" klubunun daha bir əfsanəsi Luka Modriçin yolu ilə gedərək karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Sonxeber.net xəbər verir ki, 34 yaşlı Lukas Vaskesin agentləri onu "Yuventus" klubuna təklif edib. Turin təmsilçisi müdafiə xəttinə futbolçu cəlb etmək istəyir və hazırda azad agent olan Vaskes seçimini düşünür.

Bu transferdə yeganə problem ispaniyalının 4,5 milyon avroluq əvvəlki məvacibi ola bilər. "Yuventus" qeyd olunan məbləğdən daha az ödəməyi və uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.

Xatırladaq k ki, Lukas Vaskes 18 ildən sonra "Kral klubu" ilə vidalaşıb. O, Madrid komandası ilə 402 oyuna çıxıb, 5 Çempionlar Liqası qazanıb. Ötən mövsüm La Liqada 32 matç keçirən L.Vaskes 1 qol və 5 assistə imza atıb.

 


Etiketlər:  Realın daha əfsanəsi İtaliya klubuna keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ