Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir

Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir

Tarix: 12 Dekabr 2019 13:15

Bakı. Trend:

Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən

Dövlət qulluqçuları; Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.); Milli Məclisin deputatları; MSK-nın və Hesablama Palatasının üzvləri; Ədliyyə orqanlarının mülki işləri; Məhkəmə hakimləri; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ