Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Tarix: 22 Iyul 2025 13:28

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlətimizin başçısı "X" hesabında bildirib:

"Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.

Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.

Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq".


Etiketlər:  Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ