Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Tarix: 24 Iyul 2025 11:33

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Etiketlər:  Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ