Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı

Tarix: 24 Iyul 2025 14:20

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Etiketlər:  Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ