Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tağıyev'' filminin ikinci sezonu çəkilə bilər?

''Tağıyev'' filminin ikinci sezonu çəkilə bilər?

Tarix: 27 Iyul 2025 13:45

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər.

Sonxeber.net xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" "YouTube" kanalında deyib.

O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.

"8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək", - deyə Zaur Qasımlı vurğulayıb.

Onun sözlərinə görə, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.


Etiketlər:  Tağıyev filminin ikinci sezonu çəkilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ