Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA

Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA

Tarix: 28 Iyul 2025 14:14

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleykin Bakıda konserti baş tutub.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən konsertə minlərlə tamaşaçı axın edib.

Bununla yanaşı müğənninin konsertini izləmək üçün Bakıya 20 mindən çox turistin gəldiyi bildirilib. 

Bəs dünya ulduzunun Bakı konsertində nə qədər tamaşaçı itirak edib?

Sonxeber.net xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə azxeber.com-a açıqlamasında dünən baş tutan konsertdə təxminən 50 minə yaxın insanın iştirak etdiyi bildirib:

"Müğənni Castin Timberleykin Bakı Olimpiya Stadionunda baş tutan konsertinin bilet satışları ilə "İticket" məşğul olurdu. Ancaq onu deyə bilərəm ki, konsertdə təxmini 50 min insan var idi. Bura könüllülər, işçi heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir".


Etiketlər:  Timberleykin Bakı konsertində qədər insan iştirak edib AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ