Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 16:36
Bakı. Samir Əli - Trend:
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".
Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin