Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metro 00:30-a kimi işləyəcək - ''Qarabağ''ın oyununa görə

Metro 00:30-a kimi işləyəcək - ''Qarabağ''ın oyununa görə

Tarix: 12 Dekabr 2019 16:52

Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj"  oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Qol.az xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki,   qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

 


Etiketlər:  Metro 0030 kimi işləyəcək Qarabağın oyununa görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ