Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vinisiusla ''Real'' arasında nə baş verir?

Vinisiusla ''Real'' arasında nə baş verir?

Tarix: 3 Avqust 2025 12:34

İspaniyanın "Real" futbol klubunun hücumçusu Vinisius müqaviləsini uzatmaq üçün 25 milyon avrodan çox məvacib tələb edir.

Sonxeber.net bu barədə "El Larguero" nəşrinə istinadən xəbər verir.

Nəşrin mənbəsinin məlumatına görə, "Real" rəhbərliyi bu məbləğin həddindən artıq şişirdilmiş hesab edir. Klubun prezidenti Florentino Peres futbolçuya vergilər çıxılandan sonra ildə 20 milyon avro təklif etməyə hazırdır. Həmçinin bildirilir ki, Vinisiusun ətrafı oyunçunun "Real"ın hazırkı təklifini qəbul etməsinin absurd olacağını düşünür.

Qeyd olunur ki, Vinisiusun müqaviləsində bir milyard avro məbləğində təzminat bəndi olsa da, madridlilər maaş tələbləri dəyişməz qalarsa, digər klublardan təklifləri nəzərdən keçirməyə hazırdır. /"Report"


Etiketlər:  Vinisiusla Real arasında baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ