Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2025 13:34
Almaniyanın "Bavariya" futbol klubunun fəxri prezidenti və əfsanəsi Uli Höness qolf üzrə xeyriyyə turniri zamanı zədələnərək xəstəxanaya yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, o, damar yırtılması zədəsi alıb.
73 yaşlı Hönessin insidentdən sonra özünü yaxşı hiss etdiyi və xəstəxanadan evə buraxıldığı qeyd edilir.
Höness "Bavariya"da əvvəlcə futbolçu, sonra isə funksioner kimi 49 ilini keçirib. O, Münhen təmsilçisinin heyətində 250 oyuna çıxıb. /Oxu.Az