Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2025 09:28
"Qəbələ" İdman Klubunda yeni təyinat gerçəkləşib.
Klubdan Sonxeber.net-a verilən məlumata görə, Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.
O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.
Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.