Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 13:05
Los-Ancelesdə 29 yaşlı Şon Nayt Nikolson ağır məişət zorakılığı ittihamı ilə avqustun 5-də həbs olunub.
Sonxeber.net xəbər verir ki, onun həbsinə səbəb bir qadının ona hücum etməkdə ittiham etməsi olub. Şon həbsdən sonra 50 min dollar girov qarşılığında sərbəst buraxılıb. Onun növbəti məhkəmə çıxışı avqustun 26-na təyin olunub.
Sean Nikolson musiqi prodüseri kimi fəaliyyət göstərir və "Horror Composition", "Experimental Club", "Hardcore", "Dark Ambient" və "Phonk" janrlarında işlər görür. Sosial mediada özünü "Qaranlıq sənətlərin himayədarı" kimi təqdim edir.
Qeyd edək ki, Şon məşhur aktyor Cek Nikolsonun nəvəsidir. Onun anası Cennifer Nikolson, Cekin qızıdır.