Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır

Niderland XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır

Tarix: 9 Avqust 2025 13:16

Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaları alqışlayaraq, onları tarixi irəliləyiş kimi qiymətləndirib.

Sonxeber.net xəbər verir ki, bu barədə XİN rəhbəri "X" səhifəsində yazıb.

Yazıda Veldkamp eyni zamanda, bu irəliləyişin təmin olunmasında ABŞ Prezidenti Donald Trampın vacib rol oynadığını vurğulayıb.

O, hər iki ölkəyə və ABŞ prezidentinə irəliləyiş üçün lazımı şərtlərin yaradılmasına görə təşəkkür edib və vurğulayıb ki, müəyyən çağırışların qalmasına rəğmən, sülh müqaviləsinin yaxın gələcəkdə bağlanması artıq mümkün görünür.


Etiketlər:  Niderland XİN Azərbaycan Ermənistan arasındakı sülh prosesində tarixi irəliləyişi alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ