Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli aktyor vəfat etdi - FOTO

Türkiyəli aktyor vəfat etdi - FOTO

Tarix: 11 Avqust 2025 22:00

Türkiyəli aktyor Doğacan Taşpınar vəfat edib.

Sonxeber.net xəbər verir ki, məlumat "Oyuncular Sendikası" sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, 45 yaşlı aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Doğacan Taşpınar 1980-ci ildə Ankarada anadan olub. 2003-cü ildə Haliç Universiteti Konservatoriya Teatr Bölməsini bitirib və elə həmin ildən Bakırköy Bələdiyyə Teatrlarında fəaliyyətə başlayıb. O, "Sezuan'ın İyi İnsanı", "Teneke", "Tersine Dünya" və "Sokak Kızı İrma" kimi tamaşalarda rol alıb, həmçinin "Küçük Kadınlar" serialında da çəkilib.

Qeyd edək ki, Doğacan Taşpınar teatr yazarı Balca Yücesoy ilə evli idi.


Etiketlər:  Türkiyəli aktyor vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ