Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 08:24
Bakı. Trend:
Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.
Trend-in məlumatına görə, bu barədə ölkə polisi bildirib.
Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.
Məlumatda deyilir: "Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı".
Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin