Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB

“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB

Tarix: 20 Avqust 2025 01:00

00:57

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

Sonxeber.net xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

-------
00:44


85-ci dəqiqədə Musa Qurbanlı hesab arasındakı fərqi artırır.

-------
00:27


Medina 62-ci dəqiqədə Ağdam təmsilçisini hesabda önə çıxarır.

--------
00:08


Marko Yankoviç 49-cu dəqiqədə hesabı bərabərləşdirir.
----------
23:32

"Ferentsvaroş" hesabı açır. 29-cu dəqiqədə Varqa komandasını hesabda irəli keçirir.

----------
23:00


Matç başladı.

---------

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarında keçiriləcək "Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) matçının heyətləri bəlli olub. 

Sonxeber.net xəbər verir ki, komandalar 20:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

"Ferensvaroş": 90. Dibuş (k), 3. Qartenmann, 19. B. Varqa, 22. G. Szalai, 23. Ötvös, 25. Makrekis, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 64. A. Tof, 75. Cosef

Ehtiyat oyunçular: 63. Radnoti, 99. Qrof, 5. Keyta, 7. Arzani, 8. Peşiç, 10. Levi, 16. Zakariassen, 21. Botka, 27. Sisse, 30. Qruber, 33. Kadu, 77. Nagi
 


Etiketlər:  Qarabağdan inamlı qələbə YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ