Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2025 11:55
Müğənni bacılar Sevil və Sevinc Səfərova sosial media hesablarında illər əvvəl çəkilmiş arxiv görüntülərini izləyiciləri ilə bölüşüblər.
Sonxeber.net xəbər verir ki, 2019-cu ilə aid olan videonu paylaşan sənətçilər sosial şəbəkələrdə tez-tez ünvanlarına yazılan tənqidlərə, xüsusilə də zahiri görkəmləri ilə bağlı "eybəcər" ifadəsinə yumorlu və ironiya dolu şəkildə cavab veriblər.
Əkiz bacılar paylaşımda bunları qeyd ediblər:
"Videoya baxıram və mənə elə gəlir ki, deyilən qədər də eybəcər deyilik".
Qeyd edək ki, Sevil və Sevinc bacıları sosial mediada tez-tez aktivlik göstərir və zaman-zaman keçmiş görüntülərlə nostalji paylaşaraq izləyiciləri ilə ünsiyyət qururlar.