Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2025 10:24
Goranboyda itkin düşən məktəbli tapılıb.
Sonxeber.net xəbər verir ki, APA-ya bu barədə itkin düşmüş İsayev Ümid Azad oğlunun yaxınları məlumat verib.
Bildirilib ki, məktəbli Bakı şəhərindən tapılıb. Hazırda o, ailəsinin yanındadır.
Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.