Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2025 15:42
İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.
Sonxeber.net unikal.az-a istinadən xəbər verir ki, iş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib.
O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.
Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin qiymət artımlarına qarşı etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.
O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.