Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2025 16:46
İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
Sonxeber.net xəbər verir ki, Talış kənd tam orta məktəbini 2024-2025-ci tədris ili üzrə 4 nəfər bitirib. Məktəbin məzunu Nigar Məmmədli imtahanda yüksək nəticə göstərərək 609 balla Bakı Dövlət Universitetinə qəbul olub. Digər məzunlar Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində, Lalə Alışova isə Memarlıq və İnşaat Universitetində təhsil alacaqlar.