Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' əsas mərhələdə ''Kopenhagen''i də məğlub edib - YENİLƏNİB - VİDEO

''Qarabağ'' əsas mərhələdə ''Kopenhagen''i də məğlub edib - YENİLƏNİB - VİDEO

Tarix: 1 Oktyabr 2025 22:42

22:37

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Sonxeber.net-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

---------------

Addadi 83-cü dəqiqədə hesab arasındakı fərqi artırır.

-----------

"Qarabağ" 27-ci dəqiqədə hesabı açır. Zubir adını tabloya yazdırır.

-----------
Matç başladı.

20:01

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopengahen"i qəbul edir.

Sonxeber.net xəbər verir ki, komandalar saat 20:45-də start götürəcək maatçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)

Baş məşqçi: Yakob Neestrup


Etiketlər:  Qarabağ əsas mərhələdə Kopenhageni məğlub edib YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ