Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” qəribə komandadır, ''Qalatasaray''ı...

“Qarabağ” qəribə komandadır, ''Qalatasaray''ı...

Tarix: 4 Oktyabr 2025 00:58

"Qarabağ" "Qalatasaray"la Bakıda oynasa, qalib gələr. İstanbulda isə "Qalatasaray"ın "Qarabağ"ı məğlub edə biləcəyini deyə bilmərəm. "Qarabağ" məğlub olmaya bilər. "Qarabağ" həm evində, həm səfərdə "Beşiktaş" və "Fənərbağça"nı məğlub edər. Qəribə komandadır.

Sonxeber.net xəbər verir ki, bu sözləri türkiyəli məşhur futbol şərhçisi Ertem Şener deyib.

O qeyd edib ki, "Qarabağ" İstanbulda "Qalatasaray"ı məğlub etsə, sürpriz olmaz. Öz meydanında isə dəqiq "Qarabağ" qalib gələr. "Qarabağ" Çempionlar Liqasında 6 xalla 6-cı yerdədir. "Benfika"nı səfərdə, "Kopenhagen"i isə öz meydanında məğlub edib. (Axar.az)


Etiketlər:  Qarabağ qəribə komandadır Qalatasarayı


RƏYLƏR