Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2025 13:32
Bakı Formula-1 Qran-Prisi bu il 13 minə yaxın beynəlxalq turist qəbul edib.
Sonxeber.net xəbər verir ki, Avropa, Amerika, Asiya və Yaxın Şərqdən gələn azarkeşlər mövsümün ən özünəməxsus traslarından biri hesab olunan Bakı şəhər halqasının şahidi olublar.
Şəhər trası həm "Formula-1"in ən sürətli düzlüklərini, həm də ən dar döngələrini özündə birləşdirərək yenidən sürpriz nəticələr təqdim edib.
Təşkilatçılar təhlükəsizlik sistemlərini təkmilləşdirərək, xüsusi baryerlərin quraşdırılma müddətini yeddi həftədən beş həftəyə endiriblər. Yarışdan sonra isə bu baryerlər cəmi 12 saat ərzində sökülərək şəhər yollarında nəqliyyatın normal axını bərpa olunub.
Bundan əlavə, iki yeni tribunanın istifadəyə verilməsi ilə tamaşaçı tutumu 20 mindən çox yerə çatdırılıb. Bu addım Bakının dünya "Formula-1" təqvimində mühüm dayanacaqlardan biri olduğunu bir daha sübut edib.
Tural