Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2025 18:44
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç zədəsini sağaldıb.
Sonxeber.net-ın xəbərinə görə, bu barədə klubun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, bildirib ki, hazırda Marko Yankoviç fərdi şəkildə məşqlərini davam etdirir:
"Həm Marko, həm də Montiel fərdi şəkildə məşqlər edirlər. Qarşıdakı günlərdə ehtimal var ki, tədricən komanda məşqlərinə qoşulsunlar. Bildiyiniz kimi, komanda 4 günlük istirahətdədir. Bu gündən məşqləri bərpa edəcəyik. Artıq qarşıdakı günlərdə bu barədə daha ətraflı məlumatımız olacaq. Hazırda məlumatımız yalnız ondan ibarətdir ki, qarşıdakı günlərdə komanda ilə tədricən məşqlərə qoşulması gözlənilir".
Xatırladaq ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının ilk turunda "Qarabağ"ın "Benfika" üzərində 3:2 hesabı ilə qalib gəldiyi oyunun 77-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.