Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Prezident Administrasiyası: ABŞ Senatından keçən qondarma ''erməni soyqırımı'' ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır

Türkiyə Prezident Administrasiyası: ABŞ Senatından keçən qondarma ''erməni soyqırımı'' ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır

Tarix: 13 Dekabr 2019 13:32

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsi ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, F.Altun ABŞ Konqresinin üzvlərindən bəzilərinin məsələ ilə bağlı münasibətinin Türkiyə-Amerika əlaqələrinə xələl gətirdiyini söyləyib:

“Dünən Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır. Sülh Çeşməsi əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək. ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik”.

F.Altun əlavə edib ki, YPG ilə ittifaq qurmaq əvvəldən bəri ağılsız siyasət idi: “Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik:

"ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirmək məqsədilə atdıqları hər addımda bu hadisələri araşdırmaq üçün birgə komissiya yaratmaq təklifimizi xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölməməli, əksinə onları birləşdirməlidir.
Ancaq son bir neçə aydır ABŞ Konqresinin bəzi üzvləri NATO müttəfiqinin fikirlərini və həssaslıqlarını nəinki görməzdən gəlirlər, eyni zamanda, iki ölkə və cəmiyyət arasındakı münasibətləri gərginləşdirmək üçün məsuliyyətsiz hərəkət edirlər.
Bu qərarlar Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir fayda gətirməyəcək. Daha əvvəl də qeyd etdiyimiz kimi, ermənilərdən fikir ayrılıqlarımızı elmi və akademik kanallar vasitəsilə uzlaşdıracaq səylərin ABŞ Konqresi tərəfindən ortadan qaldırılmasına imkan yaratmamalarını gözləyirik. Tarix bu qərarları ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və məntiqsiz hərəkətləri olaraq görəcək. Bu qərarlarda imzası olanlar isə iki ölkə əlaqələrində uzunmüddətli ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə Prezident Administrasiyası ABŞ Senatından keçən qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ