Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA baş məşqçini yenə cəzalandırdı

AFFA baş məşqçini yenə cəzalandırdı

Tarix: 15 Oktyabr 2025 16:52

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

Qərarda qeyd olunub ki, Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin "Qaradağ Lökbatan" - "Ağdaş" oyununun 45-ci dəqiqəsində "Ağdaş" komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, "Ağdaş" komandası 1000 manat cərimə edilib.

Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində "Ağdaş" komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb,  klub 1000 manat cərimə edilib.


Etiketlər:  AFFA baş məşqçini yenə cəzalandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ