Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əflatun Amaşova yeni vəzifə verildi

Əflatun Amaşova yeni vəzifə verildi

Tarix: 15 Oktyabr 2025 16:52

Rəsmi dövlət qəzeti olan "Xalq qəzeti"ndə struktur dəyişikliyi olub.

Sonxeber.net xəbər verir ki, mətbuat orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.

O, bundan sonra "Xalq qəzeti"nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən 2022-ci ilə qədər Mətbuat Şurası İdarə Heyətinin sədri olub. V çağırış Milli Məclisin deputatı olub. /yenisabah.az


Etiketlər:  Əflatun Amaşova yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ