Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 5 avtobus zolağında minik avtomobilləri CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO

Daha 5 avtobus zolağında minik avtomobilləri CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO

Tarix: 17 Oktyabr 2025 17:36

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Qeyd edilib ki, növbəti belə yerlər Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, "Kontakt Home" və "İrşad Telecom"un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində "Amber Hotel"in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.


Etiketlər:  Daha avtobus zolağında minik avtomobilləri CƏRİMƏLƏNMƏYƏCƏK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ