Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərin telefonunu, ciblərini yoxlamaq tərbiyəsizlikdir''

''Ərin telefonunu, ciblərini yoxlamaq tərbiyəsizlikdir''

Tarix: 18 Oktyabr 2025 16:20

Psixoloq Samirə Bağırova yenidən qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, onun qısqanclıq mövzusunda fikirləri birmənalı qarşılanmayıb.

Çoxsaylı müzakirələrə səbəb olan həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Mən niyə kişinin telefonunu yoxlayım ki... Səhər işə gedib, axşam qayıdan bu kişidir. Onun mənim üzərimdə nəzarəti olmalıdır. Qadının qulağı boş qalmalı deyil. Romantik, sevgi dolu sözlər eşitməlidir. Mən ərimin pul qabını ciblərini niyə yoxlamalıyam? Əgər bunu edirəmsə, mənim psixoloji problemim var. Mədəniyyətimdə də problemim var. Demək ki, sən, atanın da cibinə girmisən, yaxud anan telefonunu, ciblərini yoxlayıb. Bu, birmənalı şəkildə tərbiyəsizlikdir. Mən bu insana güvənmirəmsə, bu evin içində onunla nə gəzirəm? Şübhələndiyim adamın yanında nə işim var?".

Musa


Etiketlər:  Ərin telefonunu ciblərini yoxlamaq tərbiyəsizlikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ