Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2025 00:46
"Barselona" klubunun qanad oyunçusu Lamin Yamal UEFA Çempionlar Liqasında (ÇL) 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu, Yamalın ÇL-nin ümumi mərhələsinin üçüncü turunda "Barselona" - "Olimpiakos" oyununa start heyətdə çıxması ilə mümkün olub.
İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.
Qeyd edilir ki, Yamal PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin (19 yaş və 32 gün) rekordunu təzələyib.