Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəmidə baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1-i evə buraxılıb (ÖZƏL)

Gəmidə baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1-i evə buraxılıb (ÖZƏL)

Tarix: 9 May 2019 09:36

Bakı. Samir Əli - Trend:

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i evə buraxılıb.

Bu barədə özəl olaraq xəstəxanadan Trend-ə bildiriblər. Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəmidə baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən evə buraxılıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ