Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2025 07:10
Türkiyəli aktyor Taro Emir Tekin rejissor Ali Kemal Güvənin Sultana" filminin aktyor heyətinə qatılıb. Gənc aktyor ekran işində "Arif" obrazını canlandıracaq.
Sonxeber.net xəbər verir ki, ssenarisi Erdi Işık tərəfindən yazılan film ayın sonunda çəkilişlərə başlayacaq. "Arif" obrazı, filmdə "Sultana" adlı məkanın sahibi Bekirin (Çağlar Çorumlu) sağ qolu kimi təqdim olunur və gecə klubunun daxili işlərini nəzarətdə saxlayan bir personaj kimi tamaşaçı qarşısına çıxacaq.
Güclü aktyor heyəti
Filmdə bir çox tanınmış adlar da yer alır:
Tuba Büyüküstün - Meral
Derya Pınar Ak - Anna
Rojbin Erden - Fahriyə
Seray Kaya - Tülay
Şirin Sultan Saldamlı - Nezo
Begüm Akkaya - Gülistan
Itır Esen - Selin
Abdullah Cerse - Ali Kemal
Qeyd edək ki, Taro son olaraq "Yalı çapkını" serialında rol alıb.Lalə Qüdrətova