Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Edin Ceko tarixə düşdü

Edin Ceko tarixə düşdü

Tarix: 24 Oktyabr 2025 11:10

Bosniyalı hücumçu Edin Ceko UEFA Konfrans Liqasının tarixinə adını yazdırıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvard turnir tarixində qol vuran ən yaşlı futbolçu olub. Ceko bu nailiyyəti 39 yaş 213 gün yaşında əldə edib.

Futbolçu "Fiorentina" klubunun heyətində səfərdə keçirilən "Rapid"lə oyunda (0:3) fərqlənib. Bu qol sayəsində Ceko Konfrans Liqasının rekordlar siyahısına düşüb.

Qeyd edək ki, Edin Ceko karyerası ərzində "Roma", "Mançester Siti", "Volfqsburq", "Fənərbağça" kimi tanınmış klublarda da çıxış edib.

Tural


Etiketlər:  Edin Ceko tarixə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ