Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2025 16:02
"Panatinaikos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.
Sonxeber.net a istinadla xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik Bilbao" ilə matçına öz skautlarını göndəriblər.
Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir.
"Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var. /Azerisport.com