Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2025 13:05
Dizayner və David Bekhemin həyat yoldaşı Viktoriya Bekhem uşaq və yeniyetməlik dövründə zorakılığa məruz qaldığını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "People" jurnalı məlumat verib.
Bekhem bildirib ki, uşaqlıqda utancaq olub və oxumaqda ciddi çətinliklər çəkib. Podkastda aparıcıya danışan dizayner diskalkuliya - hesab öyrənmə qabiliyyətinə təsir edən bir xəstəlik diaqnozu qoyulduğunu açıqlayıb. Bu səbəbdən sinif yoldaşları onu tez-tez alçaldırmış və istehza obyektinə çevirmişdilər.
"Oxumaqda çox çətinlik çəkirdim. Disleksiyam olduğunu düşünürdüm, amma əslində bu diskalkuliyadır. Uşaq vaxtı bunu başa düşmürdüm və başqaları sadəcə məni axmaq hesab edirdilər", - deyə Bekhem etiraf edib.
.jpg)
Dizayner əlavə edib ki, kollec illərində də istehza və alçaldılma davam edib. Lakin o, bu sınaqların onu gücləndirdiyini və tənqidlərə laqeyd yanaşmağı öyrətdiyini bildirib.
Bundan başqa, Bekhem gənc yaşlarından həmyaşıdlarından fərqləndiyini qeyd edib:
"Mən izdihama uyğunlaşa bilmirdim: digər uşaqlar məktəbdən sonra siqaret çəkib vaxt keçirəndə mən rəqs və ya aktyorluq dərslərinə gedirdim. Buna görə də qrupun bir hissəsi olmaq mənim üçün həmişə çətin olub", - deyə dizayner əlavə edib.
Fidan