Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Tarix: 25 Oktyabr 2025 21:15

Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konsertdən sonra xəstəxanaya yerləşdirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni zəhərlənmə diaqnozu ilə Moskvadakı Botkin xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Xatırladaq ki, Lepsin oktyabrın 19-da Vladivostokda baş tutan konserti qalmaqalla yadda qalıb. Belə ki, tamaşaçılar ifaçının səhnədə siqaret çəkdiyini və söyüş söydüyünü bildiriblər. Onun mahnı oxumaqda çətinlik çəkdiyi, hətta tamaşaçılardan spirtli içki istədiyi iddia olunur. Hadisədən sonra sənətçinin qastrol səfəri dayandırılıb. 


Etiketlər:  Leps xəstəxanaya yerləşdirildi Vəziyyəti ağırdır


RƏYLƏR