Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 00:25
Aparıcı Aytəkin Mərdanova sosial şəbəkələrdə tənqid edilib.
Buna səbəb onun "Qonaqcanlı" verilişində mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhraya verdiyi suallar olub.
Belə ki, aparıcı Əməkdar artist Dilarə Əliyevanı təbrik etmək üçün efirə çıxan Zəhranın yanında anasının vəfatından danışıb.
Bu zaman D. Əliyeva mimika və jestləri ilə ondan söhbəti dəyişməsini istəyib.
Aktrisa aparıcının mövzuya davam etdiyini görərək özü mövzunu dəyişib.
A. Mərdanovanın bu addımı sosial mediada müzakirə yaradıb. İstifadəçilər Zəhranın gözünün dolduğunu yazaran aparıcıya irad bildirib. (olay)