Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çukur”un cinsiyyətini dəyişən aktyorunun SON HALI - VİDEO

“Çukur”un cinsiyyətini dəyişən aktyorunun SON HALI - VİDEO

Tarix: 27 Oktyabr 2025 17:05

"Çukur" serialında Timsah Celil obrazı ilə tanınan aktyor Ahmet Melih Yılmaz cinsiyyət dəyişdirmə əməliyyatından sonra artıq Meli Bendeli adı ilə həyatına davam edir.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi yaşadığı bu prosesi "adeta təkamül" kimi dəyərləndirib.

Onun sözlərinə görə, bu müddət ərzində sənaye daxilində böyük çətinliklərlə üzləşib və bir çox layihədən kənarlaşdırılıb. Meli Bendeli həmçinin bir müddət işsizlik və maddi çətinlik yaşadığını da etiraf edib.

"Kaş ki, qadın olduğum üçün peşəm əlimdən alınmasaydı" deyə o, açıqlamasında sitəm edib.

Aktrisanın sosial şəbəkələrdə paylaşdığı yeni görüntüləri geniş müzakirələrə səbəb olub. İzləyicilərin "Çukurda çox yaraşıqlı idin" kimi şərhlərinə isə Meli Bendeli sərt cavab verib.

Aktyorun bu dəyişikliyi həm pərəstişkarları, həm də izləyicilər arasında böyük rezonans doğurub.

Musa


Etiketlər:  Çukurun cinsiyyətini dəyişən aktyorunun HALI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ