Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 17:24
Bakı. Rufiz Hafizoğlu - Trend:
ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, bu, Senatın qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etməsi ilə bağlı baş verib.
Türkiyə XİN qətnamə ilə bağlı etirazını bildirib.
Qeyd edək ki, bundan əvvəl D.Satterfild ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi ilə bağlı XİN-ə çağırılmışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin