Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ilk asma stadionu tikiləcək - 350 metr yüksəkdə... - FOTO

Dünyanın ilk asma stadionu tikiləcək - 350 metr yüksəkdə... - FOTO

Tarix: 29 Oktyabr 2025 17:00

Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün dünyada analoqu olmayan rekord layihəyə hazırlaşır.

Sonxeber.net xəbər verir ki, ölkə 350 metr hündürlüyündə "Sky Stadium" (Səma Stadionu) adlı unikal idman arenası tikəcək.

Layihə NEOM bölgəsində, ölkənin şimal-qərbində yaradılan "ağıllı şəhər"in mərkəzində həyata keçiriləcək. Stadion həm çempionatın ən müasir idman arenası, həm də turnirin simvolu olacaq.

"Sky Stadium"un 46 min azarkeş tutumuna malik olacağı, yer səviyyəsindən 350 metr yüksəklikdə yerləşəcəyi və tamamilə günəş və külək enerjisi ilə işləyəcəyi bildirilir.

Tikintinin 2027-ci ildə başlanması, 2032-ci ildə - yəni Dünya Çempionatının startından iki il əvvəl tamamlanması planlaşdırılır.

Qeyd edək ki, futbol üzrə 2034-cü il Dünya Çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.


Etiketlər:  Dünyanın asma stadionu tikiləcək metr yüksəkdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ