Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2025 11:46
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı olub.
Sonxeber.net xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib.
S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.
Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.